Rza Zərrab 2 ay gözləyəcək

250785ABŞ-da həbs olunan Azərbaycan əsilli iş adamı Rza Zərrabın məhkəmə prosesi təxirə salınıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə iclası sentyabrın 6-da keçiriləcək.
Qeyd edək ki, Rza Zərrab ABŞ-ın Nyu-York şəhərinin “Metropoliten” həbsxanasında saxlanılır. O, İrana qarşı tətbiq olunan sanksiyaları pozmaqda, bank saxtakarlığına yol verməkdə, çirkli pulların yuyulmasında ittiham olunur.
İş adamının 75 il müddətinə azadlıqdan məhrum edilməsi istənilir. İlk məhkəmə iclası iyunun 16-da keçirilməli idi. Lakin ittihamı hazırlayan prokuror Prit Bharara işlə bağlı səfərə çıxdığı üçün məhkəmə iclası 20 iyun tarixinə təxirə salınmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR