Səhv ayağı kəsilən xəstə ağır vəziyyətdən çıxır – Xəstəxananın direktoru açıqladı (VİDEO – FOTO)

xd2“Xəstə yavaş-yavaş ağır vəziyyətdən çıxır”
“Həkim nəzarətindədir, dərmana ehtiyac yoxdur”
Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə iltihablı sol ayağı da kəsilən 87 yaşlı Tərlan Əliyevanın vəziyyəti orta-ağırdır. Əməliyyatı həyata keçirən mərkəzin direktoru Azər Şəmsəddinski Region TV-yə açıqlamasında vəziyyətə şəxsən nəzarət etdiyini bildirib.
Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə iltihablı sol ayağı da kəsilən 87 yaşlı xəstənin əməliyyatı 1 saatdan çox çəkib, heç bir qan itkisi olmayıb. Xəstənin ayağı budun orta hissəsindən amputasiya edilib.
Xüsusiləşdirilmiş Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski:
“Xəstənin vəziyyəti orta-ağırdır, hazırda reanimasiyadadır. Həkim nəzarətindədir, dərmana ehtiyac yoxdur. Xəstə yavaş-yavaş ağır vəziyyətdən çıxır. Bir neçə gün ərzində məlumat veriləcək”.
Mərkəzin direktoru xəstənin vəziyyəti ilə bağlı dəqiq nəsə deməyin tez olduğunu da vurğulayıb.
İyunun 24-də sol ayağının kəsilməsi ilə bağlı diaqnoz qoyulan xəstənin sağ ayağını kəsən Valeh Kərimova gəlincə isə, Yasamal Rayon Prokurorluğundan aldğımız məlumata görə, ekspertiza davam etdirilir. (Region TV)
xd1 xd3 xd4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR