Saakaşvili kabinetini çadıra köçürdü

145783_res_01Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili iş otağını tikilməkdə olan yolun kənarındakı çadıra köçürub.

Virtualaz.org bildirir ki, bu barədə Saakaşvili öz Facebook profilində yazıb.

Odessa qubernatoru hazırda bütün işlərini və iş görüşmələrini çadırda aparır.

Xatırladaq ki, iyunun 5-də Saakaşvili növbəti həftə iş otağını təmir işləri gedən Оdessa-Reni yolunun kənarına köçürəcəyini demişdi.

“Gələn həftə mən öz otağımı Оdessa-Reni yolunun kənarındakı çadıra aparacağam. İşlərin maliyyələşdirilməsi 100 faiz olana qədər bütün işgüzar görüşləri və qəbulları mən yalnız bu çadırda aparacağam. Bəsdirin insanları ələ saldınız!”, – deyə qubernator sosial şəbəkədəki səhifəsində yazmışdı.

Saakaşvili hazırda təmir işləri aparılan Odessa-Reni yolu ilə tanış olub və nə işin intensivliyindən, nə də maliyyələşməsindən razı qalmayıb. Saakaşvili bildirib ki, bu məsələlərin müzakirəsi üçün baş nazir Vladimir Qroysmanla görüşəcək.

Onu da qeyd edək ki, Odessa-Reni yolu 1940-1950-ci illərdə tikilib və demək olar, sıradan çıxıb. Yolun 228 kilometrində əsaslı təmir işləri, 61 kilometrində isə cari orta təmir işləri aparmaq lazımdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR