Sabah 37 dərəcə isti olacaq

img2122200İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq kəyli əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR