Sahibkar Mədəniyyət və Turizm Nazirliyini korrupsiyada ittiham edir

Bezy-myanny-j-copy-63İyunun 2-də “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərov prezident İlham Əliyevə müraciət edib. İş adamı müraciət məktubunda ölkəmizdə sahibkarlara bəzən bir sıra dövlət qurumlarının təmsilçilərinin bürokratik əngəllər yaratdığı qeyd edilib. İsmayıl Ələkbərov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan tenderdə iştiraklarına qanunsuz olaraq maneçiliklər olub. İT şirkət rəhbəri prezidentə ünvanladığı məktubunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Kompüter proqramlarının alınması və yazılması” ilə bağlı keçirilən tenderdə mövcud qanunvericiliyinin ciddi şəkildə pozulması ilə rastlaşdıqlarını bildirib. Onun sözlərinə görə, sözügedən tender mayın 3 -də rəsmən elan olunub. İsmayıl Ələkbərov deyib ki, tenderin şərtlərinə əsasən, ilkin müraciət təqdim edildikdən sonra tender üzrə əsas şərtlər toplusu Tender Komissiyası tərəfindən iddiaçı şirkətə təqdim edilməli, iyunun 3-nə qədər isə iddiaçı şirkətin texniki və kommersiya təklifləri bank zəmanəti ilə birlikdə satınalan quruma (Mədəniyyət və Turizm Nazirliyi) təqdim edilməlidir: “Mədəniyyət və Turizm Nazirliyinin texniki təchizat və proqram təminatı şöbəsinin müdiri Kamal Kazımov bu tenderdə iştirak üçün yuxarıda qeyd edilən sənədləri hazırlayıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim etməyimizə dəfələrlə cəhd göstərməyimizə baxmayaraq, tenderin əsas şərtlər toplusunu bizə təqdim etməkdən imtina etmiş və bununla da mövcud qanunvericiliyin tələblərini ciddi şəkildə pozub”. O, yuxarıda iddia edilən qanun pozuntularının və korrupsiya hallarının araşdırılması və Neuron Technologies MMC-nin hüquqlarının təmin edilməsi üçün şəxsən prezidentə müraciət etmək məcburiyyətində qaldığını deyib (xeberler.az).neuron_191214_01

“Neuron Technologies” şirkətinin rəhbəri İsmayılov Ələkbərov kavkaznews.az-a bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi dörd dəfə onun şirkətindən təqdim olunan sənədləri yeniləməyi tələb edib. “Amma biz uzanmadan məmurların bütün tələblərini yerinə yetirdik. Son dəfə nazirliyin tender aparıması üzrə məsul məmuru ümumiyyətlə bizimlə danışmaqdan imtina etdi və əməkdaşlarımızı kabinetindən qovdu”, – deyə İ.Ələkbərov qeyd edib.

Biz Mədəniyyət və Turizm Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin investisiyalar şöbəsinin rəisi Ruslan Əbduləlimov kavkaznews.az-a bildirib ki, tender məsələləri ilə Mədəni İrsin Qorunması və İnkişafı Agentliyi məşğul olur. Biz sözügedən Agentliyə müraciət etdik.

“Bu məsələ ilə bağlı informasiya vermək hüququna malik deyiləm”, – deyə agentliyin hüquqşünası Günel Həsənli kavkaznews.az-a bildirib.

Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR