Sahibkara qarşı açılan cinayət işi qanunsuzdur?

a6278f91b5b8c2fc060edca9327a76ab“Alfa Med”in rəhbəri öz malına qiymət təyin etmək hüququna malik deyildi?

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda süni qiymət artımına görə saxlanılan “Alfa Med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və cəmiyyətin satış üzrə meneceri İbadulla Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası iyunun 7-nə təyin edilib.

Qeyd edək ki, yanvarın 12-də İqtisadiyyat Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında həyata keçirilmiş tədbirlər nəticəsində “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib. Cəmiyyətin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub. Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma) maddəlskachanny-e-fajly-1-393əri ilə ittiham olunurlar (APA).

“Əgər dərman preparatının adı Tarif Şurasının təsdiq etdiyi siyahıda yoxdursa və onun qiyməti dövlətlə tənzimlənmirsə, o zaman sahibkar öz məhsulunu istədiyi qiymətə sata bilər”, – deyə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov kavkaznews.az-a bildirib.

E.Hüseynov qeyd edib ki, əgər Nazirlər Kabineti bütün dərmanlar üçün qiymət cədvəli müəyyən edirsə, bu, cinayət işinin başlanması üçün əsas sayıla bilər.

“Nazirlər Kabineti dərman preparatları üçün belə bir qiymət cəvəli müəyyən etmədiyindən, sahibkarla bağlı görülən tədbirlər qanunsuzdur”, – deyə AİB sədri vurğulayıb.

“Qanunvericilikdə belə şüar var: “Qadağan olunmayan şey icazəlidir”, – deyə tanınmış vəkil Elçin Qəmbərov bildirib.7768F7B4-D032-48E1-AAE0-0F6FD8C24F81_w640_r1_s-1

Onun fikrincə, əgər hansısa dərman preparatının adı Tarif Şurasının siyahısında yoxdursa, sahibkar onu lazım bildiyi qiymətə sata bilər.

“Alfa Med”dən bizə bildirdilər ki, “Grateziano” preparatı Tarif Şurasının siyahısında yoxdur.

Kavkaznews.az  olaraq, tariffcouncil.gov.az saytındakı siyahı ilə tanış olduq. Məlum oldu ki, həqiqətən də, “Grateziano” preparatı siyahıya daxil deyil.

Əgər bu preparat Tarif Şurasının siyahısında yoxdursa, Baş Prokurorluq hansı əsasla “Alfa Med”in  təsisçisi və faktiki rəhbəri Əfqan Xudaverdiyevə və satış meneceri İbadulla Hüseynova qarşı cinayət işi qaldırıb?

Bu suala cavab tapmaq üçün, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlamağa çalışdıq. Təəssüflər olsun ki, cəhdlərimiz boşa çıxdı.

R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR