Salyan xəstəxanasında generator yoxdur… – Amma körpələr ölür

1409986504İyunun 21-də Salyan rayon mərkəzi xəstəxanasının doğum şöbəsində yeni doğulmuş üçəm əkizlərdən ikisinin vəfat etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyənləşib ki, Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 20-də saat 19-da rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə qəbul edilib və saat 21 radələrində 3 oğlan uşağı sağlam doğularaq yeni doğulmuş körpələr üçün nəzərdə tutulan küves aparatına yerləşdirilib. Gecə saatlarında naməlum səbəblərdən körpələrdən 2-si vəfat edib və təxminən həmin radələrdə xəstəxananın işıqları sönüb.

Fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.  Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə müvafiq yoxlamalar aparılır.

Eyni zamanda cinayət işi üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hərtərəfli, tam və obyektiv istintaq tədbirləri davam etdirilməklə nəticəsindən asılı olaraq aidiyyəti şəxslərin əməllərinə (hərəkət və ya hərəkətsizliyinə) hüquqi qiymət veriləcək (lent.az).

Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.600-0-6

Qeyd edək ki, Salyan RMX-da elektrik generatorunun olduğu bildirilir. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib (report.az). Salyan icra başçısının müavini Rəşad Həsənov Kavkaznews.az saytına bildirdi ki, işıq bütün rayon ərazisində sönüb.

İcra başçısının müavini qeyd etdi ki, bütün dövlət müəssisələrinə telefonoqramma göndərilib və bir saat ərzində işıq olmayacağı bildirilib. O, bizə tövsiyə etdi ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənova müraciət edək.Hüseynağa Həsənov isə Kavkaznews.az saytına dedi ki, xəstəxanada generator yoxdur.

“Geneator ancaq əməliyyat bölməsində var”, – deyə baş həkim qeyd etdi. Onun sözlərinə görə, uşaqlar vaxtından əvvəl dünyaya gəlib.

“Onlar yeddiaylıq idilər və işıqlar sönənə qədər keçiniblər. Ancaq bir uşağın həyatını xilas edib Bakıya göndərmək mümkün oldu”, – deyə H.Həsənov əlavə etdi.

Mahmud Suanlı

Kavkaznews.a

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR