Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib

40a3081f-fcdb-4e5a-91a5-bdadc80a6f43Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan arasında üçtərəfli görüş keçirilib.
“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair danışıqlar Strelnada Konstantin sarayında baş tutub.
Qeyd edək ki, bundan əvvəl Rusiya dövlət başçısı Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrılıqda görüşlər keçirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR