“Şans bizim tərəfimizdə idi”

447412Qafqaznews.az apasport.az-a istinadən bildirir ki, “Daçiya”nın yarımmüdafiəçisi Denis Kojanov “Kəpəz”lə matçdan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

“Kəpəz” artıq 16 ildir ki, Avrokuboklarda çıxış etmir. Onlardan belə oyun gözləyirdiniz?
– Əlbəttə, bilirdik ki, çətin oyun olacaq. “Kəpəz” əks hücumları daha yaxşı bacarır. Çətin oyun oldu.

Deyilənə görə, klub prezidenti və bəzi oyunçular bu oyuna ciddi yanışmırdılar…
– Biz hər oyuna ciddi yanaşırıq və qələbə qazanmaq istəyirik. “Kəpəz” bizim üçün yaxşı rəqibdir. Avroliqada zəif rəqib olmur.

Komandaya göstərişləri niyə klub prezidenti verirdi? Məşqləri də o keçir?
– Arada məşqlərimizdə də iştirak edib. Öz məşqçimiz də təcrübəlidir.

“Kəpəz”in bir neçə dəfə real epizodları oldu. Bəxtiniz gətirdiyini demək olar?
– Komanda öz meydanında oynayır və daha çox qol epizodunun olmağı normaldır. Ancaq şans bizim tərəfimizdə idi. Razılaşıram.

Birinci hissədə zəif çıxış etdiniz…
– İlk hissədə oyunumuz yaxşı alınmadı. 2-ci hissədə isə rahat oynadıq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR