Sel Qusara ciddi ziyan vurdu – 20-dən çox evə su doldu – VİDEO – FOTO

bandicam 2016-06-25 11-02-37-886Şiddətli leysan yağışları Qusar rayonun Kuzun kəndində ciddi fəsadlar törədib.

RTV (Region TV) xəbər verir ki, Qusar fövqəladə hallar komissiyasının sədri Şahid Fərəməzov açıqlamasında  bildirib ki, dağlardan gələn sel suları Şahdağın ətəklərində yerləşən Kuzun kəndində 20-dən çox evin içinə dolub.

Selin təsirindən bəzi evlərin divarları uçulub. Hadisə nəticəsində kənd sakinlərindən xəsarət alan yoxdur. Dağılmaq ehtimalı olan evlərin sakinləri təhlükəsiz əraziyə köçürülüb.

Cəmi 2 saat ərzində yağan leysan yağışları nəticəsində yaranan sel kənddəki körpünün bir hissəsini də sıradan çıxarıb.  Sel kənddəki arıçılıq və heyvandarlıq təsərrüfatlara da ciddi ziyan vurub. Sel arı yeşiklərini və  mal-qaranı aparıb.

Hazırda yağış yağmasa da dağlardan kəndə sel sularının axını davam edir. Müvafiq strukturların nümayəndələri selin fəsadlarının aradan qaldırılması və insanların xəsarət almaması üçün çalışırlar.

bandicam 2016-06-25 11-02-40-369 bandicam 2016-06-25 11-04-40-032 bandicam 2016-06-25 11-04-43-748 bandicam 2016-06-25 11-05-11-172

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR