“Singapore Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş edərkən yanıb

plane_fokker_100_280316Sinqapurun “Çanqi” hava limanında “Singapore Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş edərkən yanıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, Sinqapur-Milan marşrutu ilə uçan təyyarə havaya qalxandan sonra yaranmış texniki problemlə əlaqədar geri dönüb.

İlkin məlumata əsasən, buna səbəb yanacaq sızması olub.

Hadisə nəticəsində zərərçəkən olmayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR