“Siri” ilə danışmağa utanırlar

441493Demək olar ki, bütün “Apple” cihazlarının istifadəçiləri “Siri” səsli köməkçinin ictimai yerlərdə istifadə edilməsindən utanırlar.

Qafqaznews.az lent.az-a istinadən xəbər verir ki, bu barədə “Creative Strategies” şirkətinin apardığı tədqiqatların nəticələri sübut edir.

Şirkət bəzən kömək məqsədilə “Siri”yə müraciət edən insanlar arasında sorğu keçirib və məlum olub ki, respondentlərin təxminən 97 faizi bunu ictimaiyyət arasında etməkdən çəkinirlər və utanırlar.

Bir çox hallarda səsli köməkçi avtomobildə (62 faiz) və ya evdə (39 faiz) aktiv edilir. Bundan başqa, sorğu iştirakçıları etiraf edib ki, işdə həmkarlarının gözləri qarşısında “Siri” ilə danışmaqdan utanırlar.

Sorğuda 500 amerikalı iştirak edib. Tədqiqatda həmçinin vurğulanıb ki, ABŞ cəmiyyətinin timsalında növbəti tendensiya da açıq şəkildə görünür: ölkə sakinləri ictimai yerlərdə telefonla yüksək səslə danışmağa vərdiş etsələr də, orada elektron müsahib hələ də qeyri-adi qəbul edilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR