SOCAR-ın vitse-prezidentinin on milyonlarla manatlıq qəsri-FOTO

1465380851_azzzMikayıl İsmayılovun 3 mərtəbəli, 66 otaqlı evinə giriş yeraltı keçid vasitəsiylə mümkündür

SOCAR-ın ən qalmaqallı vitse-prezidentlərindən olan Mikayıl İsmayılovun daha bir sirrinin üstü açılıb.

Qafqaznews.az Azerinews.tv-yə istinadən xəbər verir ki, bu dəfə İsmayılovun dəyəri milyonlarla manatla ölçülən qəsrinin fotoları yayılıb.

big_1460539562_skSaytın iddiasına görə, həmin qəsr 3 mərtəbədən ibarət olmaqla yanaşı, 66 otaqlıdır. Bir hektar ərazidə inşa edilmiş qəsrin girişi xüsusi mühafizəçilər tərəfindən qorunur. Binaya giriş isə yeraltı keçid vasitəsiylə həyata keçirilir.
JAM.AZ sayta istinadən onu da xəbər verir ki, SOCAR-ın əsas fiqurlarından biri olan Mikayıl İsmayılov həmin qəsri Xətai rayonu ərazində yerləşən Neapol Dairəsi deyilən ərazidə inşa etdirib.
Onu da bildirək ki, Mikayıl İsmayılovun villa və qəsrləri bununla yekunlaşmır. Onun həmiçinin ölkənin ən səfalı yerlərində bahalı binalar inşa etdirdiyi də deyilir. Məsələn, sözügedən şəxsin hazırda Şamaxı, Quba və Qəbələdə də hektarlarla ərazidə özünə villa tikdirdiyi vurğulanır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR