SOCAR məmurları neftçilərin hüquqlarını pozur?

2016-04-22-20-43-48socarBMT-nin Baş Assambleyasının 1948-ci il dekabrın 10-da qəbul etdiyi Ümumdünya İnsan Haqları Bəyannaməsinə görə, təhlükəsizlik və gigiyena tələblərinə cavab verən hər bir insan əmək, sərbəst şəkildə iş seçmək, ədalətli və əlverişli əmək şəraiti, işsizlikdən müdafiə hüququna malikdir; Hər bir insanın heç bir ayrı-seçkilik qoyulmadan bərabər əmək üçün bərabər haqq almaq hüququ var; hər bir işçi özünün və ailəsinin insana layiq yaşamasını təmin edən və lazım gəldikdə digər sosial təminat vasitələri ilə tamamlanan ədalətli və qənaətbəxş haqq almaq hüququna malikdir.  (vikipediya).

Bu günlərdə Legion.az saytına Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin müraciəti daxil olub.

Müraciətdə deyilir ki, ARDNŞ  və Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19-ə nömrəli Əmr-Qərarın 4-cü bəndinə edilən dəyişiklik Azərbaycan Respublikasının Konstitusiyasına, Əmək Məcəlləsinə və digər normativ hüquqlara ziddir.

A18EE77C-6065-4815-A71E-8B234F8D9812_mw1024_s_n“Vaxtilə SOCAR -da işləmiş və sonradan ixtisara düşərək əmək haqqının 5 mislini alaraq işdən azad olunmuş işçilər SOCAR  İnsan Resursları Departamenti (İRD) tərəfindən onların əmək hüquqlarının pozulduğunu  hesab edərək ,hüquqi yardım üçün təşkilatımıza müraciət edib. Belə ki, şirkət tərəfindən onların ixtisasına uyğun vakant iş yeri elan olunarkən, İRD onları müsabiqəyə buraxmır və  izah olunur ki, Razılaşma sənədinə əsasən həmin işçilər heç vaxt  işə qəbulla əlaqədar şirkətə müraciət edə bilməzlər. Qeyd edim ki, bu işçilərin əksəriyyəti illərlə şirkətdə işləyib təcrübə toplamış mütəxəssislərdir.

Bununla əlaqədar tərəfimizdən   ARDNŞ  və Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19-ə nömrəli Əmr-Qərarın 4-cü bəndinə edilən dəyişiklik haqqında 14 avqust 2009-cu il tarixli 112/07-22-ə nömrəli Əmr-qərarına  əsasən hazırlanmış Razılaşma öyrənilmiş, və düşünürük ki,  razılaşmanın 27.2-ci maddəsi: İşəgötürənlə bağlanmış əmək müqaviləsinə hazırki Razılaşmaya və işçinin ərizəsinə əsasən uyğun olaraq xitam verildikdən sonra, ARDNŞ-nin strukturuna daxil olan müəssisə və təşkilatlarda, eləcədə ARDNŞ-nin iştirak etdiyi birgə müəssisələrdə və əməliyyat şirkətlərində işə bərpa olunma və işə qəbul olunma haqqında, eyni zamanda İşəgötürənə qarşı hər hansı bir iddia irəli sürməyəcək.  Bu Azərbaycan Respublikasının Konstitusiyasına, Əmək Məcəlləsinə və digər normativ hüquqlara ziddir. Və təəssüf ki, qeyd olunan Razılaşma bu günə qədər də qüvvədədir və işçilərin hüquqlarını pozmaqda davam edir”, – deyə müraciətdə deyilir.

Biz bu məlumatın həqiqiliyini yoxlamaq məqsədi ilə, Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinə zəng etdik. Komitənin sosial şöbəsinin müdiri Ramin Hüseynov bildirdi ki, bu əmr tamamilə qanunidir: “Mən özüm bu əmri görməmişəm. İxtisara düşənlər Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinə şikayətlə müraciət etsinlər”.

“Axı bu əmri həm də sizin komitəniz imzalayıb. Onlar sizdən sizə şikayət etməlidir?”, – deyə dəqiqləşdirmək istədik.

“Bəli”, – deyə R.Hüseynov cavab verdi.Biz SOCAR-dan da münasibət öyrənmək istə4d6b2118-b778-434c-8878-b98c896d27e6_tv-1dik, lakin SOCAR-ın mətbuat xidmətinin əməkdaşları bizim suallarımıza cavab vermək istəmədilər.

“SOCAR məgər rəhbərliyin öz mülkiyyətidir?” – deyə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sualla çıxış edir. Onun sözlərinə görə, Ramin Hüseynovun açıqlaması bir daha sübut edir ki, Azərbaycan Neft və Qaz Sənayesi işçskachanny-e-fajly-1-462ilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi işçiləri yox, işəgötürənləri müdafiə edir.

Başqa bir hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, SOCAR  и  Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin belə bir əmri imzalamağa haqqı yox idi. Onun fikrincə, sözügedən əmr insan haqlarının ayrılmaz hissəsi olan əmək hüququna ziddir.

Mahmud Suanlı

Legion.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR