“Spotify” istifadəçilərinin sayı 100 milyona çatdı

445548_000Populyar “Spotify” musiqi əlavəsinin istifadəçilərinin sayı əhəmiyyətli dərəcədə artıb.

Qafqaznews.az lent.az-a istinadən xəbər verir ki, ondan bütün dünya üzrə 100 milyon nəfərə yaxın insan istifadə edir.

Bu artım olduqca əhəmiyyətlidir. Bu günlərdə xidmətin nümayəndələri bildiriblər ki, xidmətin daimi auditoriyasının ümumi sayı 75 milyon dinləyici təşkil edir.

30 milyon istifadəçi bu xidmətdən ödənişli olaraq istifadə edir. Hazırda əlavənin auditoriyası artmaqda davam edir. Rəqabət “Spotify”yə mane olmur.

Bu xidmətin perspektivli rəqiblərindən biri ötən il fəaliyyətə başlayan “Apple Music” xidmətidir. Onun auditoriyası isə hazırda 13 milyon nəfər təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR