Əsrin ən böyük xəzinəsi tapıldı…

88548Çinli arxeoloqlar 2000 il bundan əvvələ aid imperatora aid olan xəzinə aşkarlayıblar.Moderator.az xəbər verir ki, arxeoloqların tapdığı bu xəzinə son yüz ilin ən zəngin tapıntısı hesab edilir. Belə ki,  tapılan xəzinədə külli miqdarda qızıl sikkələr və külçələr, müxtəlif əntiq əşyaların sayı həddindən artıq çoxdu. Hətta imperatorun yemək yediyi qablar da qızıldan olub. Ən maraqlı məqam  budur ki, xəzinə imperatorun məzarında tapılıb. Yəni, imperator öldüyü zaman qədim Çin adətlərinə uyğun olaraq xəzinənin bir hissəsi də onunla bərabər dəfn edilirdi. Çinlilər həmin əşyaların o dünyada da imperatora gərək olduğunu düşünürdülər. Çin hökuməti  Han sülaləsinə aid olan bu xəzinəni elə onların şərəfinə salınacaq 7 km-lik xatirə parkına sərf edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR