Strasburqda Avropa Şurasının Kibercinayətkarlıq üzrə Konvensiya Komitəsinin iclası keçirilib

93da105f72fa94a606b1b9efe42c9259Fransanın Strasburq şəhərində Avropa Şurasının Kibercinayətkarlıq üzrə Konvensiya Komitəsinin (TC-Y) 15-ci plenar iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Qafqaznews.az-a verilən məlumata görə, Avropa Şurasına üzv dövlətlərin, “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına tərəfdar çıxmış 70-dən artıq dövlətin və beynəlxalq təşkilatların təmsil olunduğu tədbirdə komitənin icraçı katibi Aleksandr Seger və müavini Kristina Şulman məruzə ilə çıxış edərək beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsilə cəmiyyətin kibercinayətkarlıqdan qorunmasına yönəlmiş cinayət hüququ sahəsində ümumi siyasətin prioritet qaydada aparılmasının zəruriliyi barədə geniş məlumat veriblər.

Bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb, informasiyaların qorunması və mübadiləsi, hüquqi yardım haqqında istintaq sorğularının icrası, ekstradisiya məsələləri və s. müzakirə edilib.

Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunu təmsil edən Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov kibercinayətkarlıqla mübarizə sahəsində ölkəmizdə həyata keçirilən işlər, o cümlədən konvensiyadan irəli gələn və milli qanunvericiliyə inkorporasiya edilmiş müddəalar haqqında ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı tətbiqi planlaşdırılan vahid formalarla bağlı təkliflər irəli sürülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR