Sumqayıtda sələmçilər övladı xəstə olan qadını belə aldatdılar

Bezy-myanny-j-copy-68Bu günlərdə Qafqaznews.az saytında vətəndaşlara sələmə pul verməklə onların əmlakını ələ keçirən Fatma Yolçiyevaonun qruplaşması barədə bir sıra yazılar dərc olunmuşdu. Qafqaznews.az-ın yazdığına görə, bu qruplaşmanın fəaliyyət arealı əsasən Bakı şəhərini əhatə edir. Lakin bu cür qruplaşmalar ölkəmizin digər şəhərlərində də fəaliyyət göstərir. Bu günlərdə bizə Sumqayıt sakini Elza Xələfova müraciət edib. E.Xələfovanın sözlərinə görə, o, mənzilini ələ keçirən cinayətkar qruplaşmanın qurbanı olub. “Mənim üç uşağım var. Ortancıl oğlumun ürəyi xəstədir. O, təcili əməliyyat olunmalı idi. Əməliyyat üçün bizdən böyük məbləğdə pul tələb olundu. Bunun üçün mənzilimi girov qoyub bankdan pul götürmək qərarına gəldim. Bu məqsədlə “Nikoil” ASC-nin Sumqayıtdakı filialına müraciət etdim. Bankın Ruslan adlı əməkdaşı dedi ki, “Nikoil Bank” mənzil girov qoymaqla kredit vermir. “Amma mən sizi bir adamla tanış edərəm ki, sizə ipoteka krediti götürməyə kömək edə bilər”, – deyə Ruslan mənə bildirdi. O, məni Elman Əliyev adlı biriylə tanış etdi. Elman Əliyev dedi ki, ən yaxşısı, bir hərbçinin adına kredit götürməkdir, çünki banklar hərbçilərə ipoteka kreditini 2 faizə verirlər. O mənə söz verdi ki, hərbçini özü tapacaq, 50 min manat dəyərində bank krediti almağa nail olacaq. Buna görə isə, Elman Əliyev mənim 18 min dollar ona “otkat” verməli olduğumu dedi”. E.Xələfovanın sözlərinə görə, onun belə pulu yox idi və öz atasın Süleyman Xələfova müraciət edib: “O isə mənə dedi ki, cəmi iki min manat pulu var. O zaman Elman Əliyev belə bir plan təklif etdi. Mən adam taparam ki, sizə ayda 10 faizlə 18 min manat sələmə pul verər. Bu pulları isə mən “şapka” kimi Elmana verməliydim. Elman da öz növbəsində Qafqaz İnkişaf Bankının Sumqayıtdakı filialınından 50 min manat kredit almağıma kömək edəcəkdi.  Sələmçiyə borcumu hesablamaqla, qalan məbləğ mənə qalmalı idi. Bu, riskli əməliyyat idi. Amma mənə təcili pul lazım idi və buna razılaşmağa məcbur idim”.   O tezliklə sələmçi ilə də tanış olduğunu deyir:“Sələmə pul verən şəxs Rövşən Mahmudovdur.O, mənə 10 faizlə 18 min manat sələmə borc verməyə razılaşdı, amma bir şərtlə: “siz mənimlə evinizin alqı-satqısına dair yalançı müqavilə bağlayırsınız. Elman dedi ki, narahat olmayım. Qafqaz İnkişaf Bankından kredit alınan kimi, mənim mənzilim onun tapdığı hərbçinin adına keçiriləcək, o isə bizə etibarnamə verəcək. Mən razılaşmağa məcbur idim. 2015-ci il sentyabrın 15-də Rövşən Mahmudov evimizə baxmağa gəldi, sentyabrın 16-da isə alqı-satqı müqaviləsi bağlandı. Rövşən Mahmudov dostu Kənan Mustafayev və atam Süleyman Xələfovla notarial kontora getdi. O, atamın hesabına 40 min manat keçirdi. Atam pulu “Muğanbank”da hesabdan çıxarıb, ela bankın içindəcə hamısını Elmanaa verdi. Rövşən Mahmudov isə atama 18 min manat verdi və biz bu pulu Elmana verdik. Ondan başqa biz Elmana 3 min manat da verdik” . Elza Xələfovanın sözlərinə görə, Elman Əliyev, Kənan Mustafayev və Rövşən Mahmudov onu aldadıb evini alıblar. «Heç bir kredit də ala bilmədim”, – deyə E.Xələfova Kavkaznews.az-a bildirib. Kavkaznews.az saytı bütün tərəflərin mövqeyini öyrənməyə çalışdı. İlk olaraq, Elman Əliyevə zəng etdik. “Mənim faizlə əlaqəm yoxdur”, – deyə Elman Əliyev bildirib. Kənan Mustafayev isə bankdan kredit götürməklə bağlı danışıqlarda iştirak etmədini qeyd edib. “Mən sadəcə Elza Xələfovadan mənzil almışam. Məni onunla Elman Əliyev tanış edib. Mənzil üçün 40 min manat ödəmişəm. Pul da onun atasının hesabına keçirilib”, – deyə K.Mustafayev bildirib. Biz Rövşən Mahmudovun da fikrini öyrənməyə çalışdıq. “Mən ümumiyyətlə Elza Xələfovanı tanımıram” deyən Rövşən Mahmudov bir az sonra dedi ki, Elza Xələfovan mənzilini satdığından xəbərdardır. “Əgər siz onu tanımırsınızsa, hardan xəbəriniz var?”, – deyə soruşduq. “Mənim dostum ondan mənzil alıb”, – deyə R.Mahmudov cavab verib. Ondan Elza Xələfovaya 18 min verib-vermədiyini soruşduq, lakin Rövşən Mahmudov cavab verməkdən imtina etdi. “Mən sizə niyə cavab verməliyəm?” – deyə dəstəyi asdı. Elza Xələfova Kənan Mustafayevlə telefon danışığının audioyazısını bizə təqdim etdi. Söhbət zamanı Kənan Mustafayev etiraf edir ki, Elman Əliyevlə birlikdə Elza Xələfovaya ipoteka krediti almağa kömək edir. Kənan Mustafayev səs yazısında Elza Xələfovanı sakitləşməyə və Elman Əliyevə inanmağa çağırır. “Əgər o sizi doğrudan aldatsaydı, mən özüm onu danlayardım. Bankda doğrudan da ipoteka krediti üçün xətt hələ açılmayıb”. Söhbətin sonunda Kənan Mustafayev Elza Xələfovaya 10 faizlə 18 min manat sələmə pul verildiyini etiraf edir.

Sözardı: Biz çox istərdik ümid edək ki, hüquq mühafizə orqanları bu məsələni araşdıracaq və obyektiv istintaq aparacaq. Xatırladaq ki, biz bir neçə dəfə sələmçilər barədə yazmış, əlimizdəki faktları hüquq mühafizə orqanlarına təqdim etməyə hazır olduğumuzu bəyan etmişik… Amma təəssüf ki, hüquq mühafizə orqanları bu çağırışlara reaksiya vermir.

Mahmud Suanlı

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR