Sumqayıtın tanınmış iş adamı dünyasını dəyişdi

1465065474_agamirze-ehedovXeberle.com-un məlumatına görə, sumqayıtlı iş adamı  Əhədov Ağamirzə Qulam oğlu  uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib. Məlumata görə Ağamirzə Əhədov xarici ölkələrin birində müalicə aldığı xəstəxanada vəfat edib. Mərhum  sabah doğulduğu kənddə torpağa tapşırılacaq.

A. Əhədov 18 oktyabr 1937-ci ildə Ucar rayonunun Çiyni kəndində anadan olub. O, 1959-cu ilin yanvarında Sumqayıta gəlib və Azərbaycan Boruyayma zavodunun marten sexində işə başlayıb. 1968-ci ildə Sverdlovsk Sənaye institutunu bitirərək iqtisadçı ixtisasına yiyələnib.
Sumqayıt “Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur.
YAP Sumqayıt şəhər təşkilatının şura üzvüdür. Ailəlidir, 5 övladı var. Sumqayıt şəhərində yaşayırdı.
Allah rəhmət eləsin!

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR