Suriya ordusu Raqqa əyalətinə daxil oldu

etryutti_37456565Suriya ordusu İslam Dövləti adlandırılan (İD) qruplaşmanın nəzarətindəki Raqqa əyalətinə daxil olub.
Milli.Az BBC-yə istinadən bildirir ki, İD Raqqa şəhərini öz paytaxtı elan edib.
Suriya hərbçiləri Raqqanın şərqində yerləşən aviabazanın yaxınlığındakı Tabka şəhərinə doğru irəliləyirlər, Londonda mənzillənən Suriya İnsan Hüquqları Müşahidə qrupu bildirir.
Raqqa üzərinə hücuma kürd və ərəb döyüşçüləri də keçib. Şəhərə doğru şimaldan hərəkət edən dəstələri koalisiya aviasiyası dəstəkləyir.
Həmlə son bir neçə gün ərzində cihadçılara qarşı həyata keçirilən sayca üçüncü hücum əməliyyatıdır.
Suriya ordusu məlumatları şərh etməyib.
Bu arada cihadçıların daha bir istehkamı sayılan İraqın Fəlluca şəhərinə qarşı irimiqyaslı hərbi əməliyyat keçirilir.
Fevral ayında hökumət qüvvələrilə üsyançılar arasında atəşkəs barədə razılaşma əldə olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR