Tələbatın yüksək olması nefti ucuzlaşdırır

d7bf8ed81c741de2cd9eb3e507a9ff8cDünya bazarında neft ucuzlaşır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar azalaraq 49,20 dollar təşkil edib.

“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,28 dollar azalaraq 50,37 dollar olub.

Analitiklərin fikrincə nefti uculaşdıran Səudiyyə Ərəbistanının ixracı azaltmasıdır. Buna baxmayaraq, adıçəkilən ölkədə hasilat hələ də yüksək səviyyədədir. Bu, onu göstərir ki, “qara qızıl”a tələbat olduqca yüksəkdir.

Qeyd edək ki, apreldə Səudiyyə Ərəbistanı sutkada 7,44 mln. barel ixrac edib. Halbuki, martda bu göstərici 7,54 mln. barel/sutkada olub. Martda ölkədə 10,22 mln. barel/sutkada neft hasil olunduğu halda, apreldə hasilat 10,26 mln. barel/sutkada çatıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR