Tanınmış şair-jurnalist 30 yaşını qeyd etdi-FOTOLAR

IMG_1676-1024x683İyunun 7-də Qafqaznews.az-ın yazarı, tanınmış jurnalist-tərcüməçi və istedadlı şair Rüfət Seyidəhməd oğlu Əhmədzadənin (şair təxəllüsü ilə Rüfət Səid) 30 yaşı tamam olur.

Artıq 6 aydır Qafqaz Xəbər Agentliyində bir çox vətəndaşların problemlərini araşdıraraq həllinə nail olan, eləcə də geopolitik mövzularda maraqlı təhlil yazılarıyla diqqət çəkən Rüfəti kollektivimiz adından təbrik edirik.

Öz səmimiyyəti, prinsipiallığı və həm də jurnalist etikasına sədaqəti ilə, Rüfət Əhmədzadə qısa zamanda daimi oxucularımızın da sevimli imzasına çevrilib.

Rüfət Əhmədzadə dəfələrlə təhdid və təzyiqlərlə üzləşib, çox sayda rüşvət təkliflərini rədd edib, amma ondan yardım istəyən sadə vətəndaşların müraciətini heç vaxt geri çevirməyib.

İnanırıq ki, Rüfət özünün Azərbaycan xalqına və dövlətçiliyinə olan sevgisi ilə çox zirvələri fəth edəcək və bu həyatdan layiq olduğu mükafatı alacaq.

Arzu edirik ki, ən yaxın zamanda Rüfət Əhmədzadəyə “əməkdar jurnalist” adının da verilməsi xəbərini oxucularla bölüşək və bu xoş xəbəri birlikdə qeyd edək.

Həmkarımızı səmimi qəlbdən təbrik edir, ailə səadəti, uzun ömür və can sağlığı arzu edirik.

Hörmət və sevgilərlə,

Qafqaz Xəbər Agentliyinin kollektivi

 

IMG_1698  IMG_1688 IMG_1679 IMG_1676 IMG_1674 IMG_1667    IMG_1653 IMG_1652 IMG_1650

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR