Tarixin ən möhtəşəm 9 cavabı

1465940896Qafqaznews.az Axar.az-a istinadən  tarixin ən möhtəşəm 10 cavabını təqdim edir.

1. Ağsaqqal

Varna döyüşündən sonra müharibə meydanında gəzən İkinci Murad düşmən əsgərlərinin hamısının gənc olduğunu görüb ordu başçısından soruşur:

– Qəribədir, bu qədər ölünün içində heç ağsaqqal bir adam görmədim. Hamısı gəncdir.

Ordu başçısı belə cavab verir:

– Şahım, içlərində bir ağsaqqal olsaydı, başlarına bu iş də gəlməzdi.

2. Tale

Kənan Rıfayidən soruşurlar:

– Əgər son nəticədə yenə taleyimizdən qaça bilmiriksə, niyə davamlı olaraq nələrəsə görə çalışırıq?

O, suala belə cavab verir:

– Ona görə ki, nəyəsə çalışmaq da taleyin diktəsidir.

3. Müjdə

Harun ər-Rəşidin vəzirlərindən biri Bəhlul Danəndəyə deyir:

– Gözün aydın, Bəhlul, sultanımız səni donuzlarla meymunların çobanı təyin etdi.

Bəhlul Danəndə kefini pozmadan belə cavab verir:

– Elə isə qulaqlarını aç və əmrlərimi yerinə yetirməyə başla.

4. Mete Xan

Bir gün 300 minlik Çin ordusu Mete Xanın qoşunu ilə qarşılaşır. Mete Xanın köməkçilərindən biri onu düşüncəli görüb soruşur:

– Nə düşünürsünüz, Xaqan?

Mete Xan cavab verir:

– Düşünürəm ki, bu qədər çinlini hara basdıracağıq?

5. Napoleon

Fransa hökumət adamlarından biri döyüşdən sonra barmağını xəritənin üstünə qoyub Napoleona deyir:

– Əvvəlcə, buranı işğal etməliydiniz, sonra buranı…

Napoleon təmkinlə cavab verir:

– Hə, əgər onlar barmaqla işğal olunsaydı, dediyin kimi edərdim.

6. Dilənçi

Fateh Sultan Məhməd adamları ilə gəzərkən yanına gələn bir dilənçiyə qızıl verir. Dilənçi pulu alıb deyir:

– Sultanım, bir şah qardaşına bu qədər pul verərmi?

Fateh Sultan Məhməd deyir ki, biz hardan qardaş olduq? Dilənçi, “Şahım, ikimiz də Adəmin övladlarıyıq. Əlbəttə, qardaşıq” deyir. Sultan qeyzlənir:

– Bu sirri daha heç kimə demə. Digər qardaşlarım da pay istəsələr, sənə heç nə çatmaz.

7. Diogen

Məşhur filosof Diogen bir gün dar küçədə gəzərkən var-dövlətindən başqa heç nəyi olmayan təkəbbürlü bir adamla üz-üzə gəlir. Keçib getmək üçün mütləq ikisindən biri kənara çəkilməlidir. Təkəbbürlü adam Diogenə “Mən bir axmağa yol vermərəm”, – deyir. Diogen kənara çəkilir və deyir:

– Amma mən yol verərəm.

8. Nəfəs alım

Yəhya Kamal bir gün yoxuşu qalxarkən təngnəfəs olur. Onu görən ofisiant soruşur:

– Xocam, nə almaq istəyirsiniz?

– Oğlum, icazə versən, nəfəs alacağam…

9. Papaya cavab

Bir gün Roma Papası Fateh Sultan Məhmədə “Gəl, xristian ol” deyə məktub yazır. Fateh Sultan Məhməd ona belə bir cavab göndərir:

– Müsəlmanlığı qəbul edib sünnət olun, səni şeyxülislam təyin edim.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR