Tramp və Klinton sonuncu praymerizdən qalib çıxıblar

48939044ABŞ-da prezident seçkilərinə namizədlər Hillari Klinton və Donald Tramp sonuncu ilkin seçkilərdə (praymeriz) qalib gəliblər.

ABŞ-da sonuncu “super çərşənbə axşamı” baş tutub və səsvermə eyni anda ABŞ-ın bir neçə ştatında keçirilib.

Respublikaçılar partiyasının namizədi olan Donald Tramp bütün ştatlarda qalib gəlib. Hillari Klinton isə rəqibi Berni Sandersi qabaqlayaraq səsvermədən qalib çıxıb.

Kaliforniya ştatında keçirilən ilkin seçkilərdə D.Tramp 77,7 faiz, H.Klinton isə 63,5 faiz səs toplayıb. Demokratların digər namizədi B. Sanders yalnız Şimali Dakotada 64,2 faiz səs toplayaraq rəqibini üstələyib. Respublikaçılar həmin ştatda seçki keçirməyiblər.

Cənubi Dakotada isə tərəfdarların 2/3-i Trampı dəstəkləyib. Demokratlarda isə Klintonun çox az üstünlüyü ilə səslər demək olar ki, yarı bölünüb. Nyu-Cersi ştatında Klinton 63,3 faiz, Tramp 80 faiz tərəfdar dəstəyi alıb. Nyu-Meksikoda Tramp 72,8, Klinton 52,8 faiz səs toplayıb. Burada da Sanders Klintondan çox az səs faizi ilə geri qalıb. Montanada Tramp 73,1 faiz, Klinton 48,4 faiz, Sanders isə 46,9 faiz səs toplayıblar.

Səslərin tam hesablanmasından sonra Berni Sandersin öz məğlubiyyətini etiraf edəcəyi gözlənilir.

xezerxeber.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR