Turizm mövsümü: xaricdə istirahət neçəyə başa gəlir? VİDEO

55952311İstirahətlə paralel müalicəsini də xaricdə planlaşdırlanlar az deyil.

Turizmçilər deyir ki, bu zaman seçim edərkən əsas müalicənin xarakteri götürülür. Yəni isanatoriyalar ixtisaslaşdığı üçün şəhər, yaxud ölkə seçimi ikinci plana keçir.

Bu müalicə və istirahət turları əsasən 7,14 və 21 gün olur. Qiymətlər isə bir- birindən fərqlidir. Avropa ölkələrinə 2 həftəlik müalicə turları 1400 dollardan başlayaraq 2100 dollardadək dəyişir. Yəni günlük bir nəfərə  100-150 dollar düşür. Bura isə müalicə, 3 dəfə qidalanma, sığorta, viza və mehmanxana  xidmətləri daxildir. Rusiya, Gürcüstan və Ukraynanın sanatoriya bölgələrinə turlar isə Avropa ölkələri ilə müqayisədə xeyli ucuzdur.

Lakin aviabiletlər daxil olduqda qiymətdə də dəyişiklik olunur. Belə ki, Avropa ölklərində 14 gün 15 gecə bu dəfə minimum 2000 avro, Şimal Qafqaz ölkələrində isə 1000 manat təşkil edir. Turizmçilər deyirlər ki, müalicəvi turdan yararlanmaq istəyən vətəndaşların erkən rezervasiya etməklərində fayda var.

“Xəzər Xəbər”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR