Türk futbolçudan alman deputata cavab

img2100858Andrea Kersten Məsut Özili Məkkəyə getdiyi üçün qınayıb

Almaniyanın Alternativ partiyasının millət vəkili Andrea Kersten əslən türkiyəli Almaniya yığmasının və “Arsenal” klubunun ulduz futbolçusu Məsut Özilin Məkkəyə getdiyi üçün millidən kənarlaşdırmasını istəyib.
ANS PRESS-in məlumatına görə, almaniyalı siyəsətçi qadın futbolçunun bu hərəkətinin vətənpərvərliyə zidd olduğunu deyib.
Kersten iddia edib ki, Məsut Məkkədən şəkil paylaşmaqla bildirmək istəyir ki, kişi və qadın münasibətləri eyni deyil. Siyəsətçi qeyd edib ki, Məsut eynicinslərin ölümlə təhdid olunması, namus üstündə cinayətlərə dəstək verdiyini göstərmək istəyib.
Andrea Kersten bu sözlərdən sonra dünyanı ən yaxşı yarımmüdafiəçi və məhsuldar ötürməsi ilə valeh edən futbolçunu Almaniya yığmasından kənarlaşdırılmasını təklif edib. Məsut Yılmaz isə siyəsətçinin cvabını gecikdirməyib. “İnsanlara həmişə mənfi gözlərlə baxan adamlar olub və olacaq”.
Futbolçu ötən həftə Məkkəni ziyarət edib. Məsut ziyarət zamanı çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb. Özil səfəri zamanı Dubayı da gəzib.
Yarımmüdafiəçi Almaniya yığması ilə 2014-cü ildə Dünya çempionu olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR