Türkiyə ilə Avropa İttifaqı arasında danışıqlar bərpa olunur

47cacbf5-dd41-4040-adb0-10097da81f6b_292Türkiyə gələn həftə üzvülük və vizasız rejimlə bağlı Avropa İttifaqı ilə yeni danışıqlar aparacaq.

“Report” “France Press”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Məlumata görə, M.Çavuşoğlu iyunun 30-da Avropa Komissiyası sədrinin müavini Frans Timmermansla görüşəcəyini deyib. Görüşdə Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik və ədliyyə naziri Bəkir Bozdağ da iştirak edəcək.

“Biz Avropa Komissiyası sədrinin müavini ilə görüşmək üçün Brüsselə gedəcək və dayandırılan danışıqlar prosesini müzakirə edəcəyik. Avropa İttifaqı öz öhdəliyinə əməl edib, qərarını yerinə yetirməlidir”, – deyə M.Çavuşoğlu vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR