Türkiyənin baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

df9558b4-d0f6-4a79-9be6-7b778d1a0491_292Türkiyənin baş naziri Binəli Yıldırımın Azərbaycana rəsmi səfəri iyunun 4-də başa çatıb.

“Report” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

B.Yıldırımı və xanımı Semiha Yıldırımı hava limanında Azərbaycan baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR