Türkiyənin Yunanıstandakı konsulluğunun binasına hücum olub

5b2d99ad-ed07-48d8-a1de-57bff0aa4161_292Naməlum maskalılar Yunanıstanın Saloniki şəhərindəki Türkiyənin konsulluğunun binasını qoruyan xüsusi təyinatlıların əməkdaşlarına hücum edib, “Molotov” kokteyl atıblar.”Report”un “eleftheriaonline.gr”ə istinadən verdiyi məlumata görə, hücum edənlər yandırıcı qarışıqla olan şüşə qabları asayiş keşikçilərinə doğru atsalar da, “kokteyllər” asfalta düşərək, dağılıb.

Məlumata görə, hadisə nəticəsində ciddi zərərçəkən olmayıb, amma konsulluğun binası yaxınlığındakı avtomobillər ziyan çəkib.

Hücumun məsuliyyətini hələ ki, üzərinə götürən yoxdur.

18a4f7a2-ea4e-48d7-812a-7ae3ac5350fc

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR