“Uber” 1,4 mln. manat cərimələnib

3e352b098c060f71221f7b35efd30ca8Fransa məhkəməsi “Uber” taksi xidmətini 907 min dollar (təxminən 1,4 mln. manat) cərimə edib.

“APA-Economics” xəbər verir ki, şirkətin cərimələnməsinə səbəb qanunsuz nəqliyyat xidmətlərinin göstərilməsi və qeyri-peşəkar sürücülərin işə cəlb olunmasıdır.

Bundan başqa, şirkətin Avropa, Yaxın Şərq və Afrikada ölkələri üzrə rəhbəri Dmitri Qor-Koti, Fransa üzrə rəhbər Tibo Semfalyuya da şirkətin xidmətində servisin qeyri-dəqiq idarə olunması və qeyri-qanuni xidmətə görə müvafiq olaraq 34 min və 22,7 min dollar cərimə olunublar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR