UEFA ‘Barselona’ klubunu 150 min avro cərimələyib

img2101312UEFA İspaniyanın “Barselona” klubunu azarkeşlər tərəfindən bu mövsüm Çempionlar Liqası oyunlarında Kataloniya separatçılarının qeyri-rəsmi bayrağı olan estelladanın nümayiş etdirilməsinə görə cərimələyib.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. “Barselona” 150 min avro cərimə olunub. Bu məbləğin 50 min avrosu şərtidir. Bu kimi insidentlər növbəti iki il ərzində təkrarlanmayacağı təqdirdə, bu məbləğ kluba qaytarılacaq. Futbol klubu UEFA-nın bu qərarı ilə razı deyil və onu şikayət etmək niyyətindədir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR