Uşaqlar altdan, böyüklər üstdən – Qaxda “boru” problemi (VİDEO – FOTO)

boru3“O yana, bu yana addanırıq, qonaq, uşaq girib çıxa bilmir”

Evin qapısınıdan keçən qaz borusu sakinlərə problem yaradır.

Qax rayonunun 28 may küçəsi ev 10-da yaşayan Fərrux bəy iki ilə yaxındır ki , həyətə girib-çıxmalarının çətin olduğundan şikayət edir. Evdə iki ailə və bu ailələrin birində beş digərində isə dörd nəfər yaşayır. Həmin ailə üzvləri qaz borusunun üstündən atlayıb keçmək məcburiyyətində qalırlar. Bunun səbəbi isə borunun hündür olmasıdır.

Ev sahibinin sözlərinə görə borunun dəyişdirilməsi üçün tələb olunan məbləği ödəmək imkanı olmadıqlarından vəziyyət olduğu kimi qalır.

Məsələylə bağlı Zqatala Qaz İstismar İdarəsindən bildirdilər ki, ev sahibi Fərrux Hacıyev həyət qapısının yerini özü dəyişdirdiyi üçün bu problem yaranıb.  Yalnız məsələ görüləcək işlərin dəyəri yəni 220 manat məbləğindəki pul ödəndikdən sonra reallaşa bilər. Bir sözlə, ailənin maddi imkanı yaxşılaşana kimi böyüklər qaz turbasının üstündən , balacalar isə altından keçməli olacaqlar. (Region TV)

boru1 boru2 boru3 boru4 boru5 boru6

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR