Vətəndaşları müflis edən sələmçi Fatma Yolçiyeva kimin adamıdır?

13342240_1000601153339460_519372_n-1“Girov” adıyla başqalarının əmlakını mənimsəyən qadın yenə də öz “arxasında duranlardan” söz açdı

Müxtəlif insanların pula ehtiyacından istifadə edib onları sələmə salan və “girov”adıyla alqı-satqı müqaviləsi imzalatdırıb əmlaklarını mənimsəyən Fatma Yolçiyeva artıq oxuculara tanışdır.

Onun qurbanları sırasınIMG_1549-1-1-1-3-1da İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun qardaşı, mərhum Ələsgər Ömərovun da adı hallanır ki, o haqda da ən yaxın günlərdə Qafqaznews.az-da ətraflı dərc olunacaq.

Bu yaxınlarda Qafqaz Xəbər Agentliyinə Cəlilabad sakini Nadir Zeynalov müraciət edib və obyektinin sələm fırıldağı ilə ələ keçirildiyini bildirib.

Mayın 14-də Kafkaznews.az saytında “Sələmçi qadın cinayətkar şəbəkə yaradıb?”başlıqlı yazıda N.Zeynalovun şikayətini dərc etmişdik: “2011-ci ildə mənim pula ehtiyacım var idi, borca pul axtarırdım. Ortaq tanışlar vasitəsilə Fatma Yolçiyeva adlı qadını tanıdım. Mən Fatmadan 10 min manat borc istədim və o, məndən Nərimanov rayonunda olan 55,4 kvadrat metrlik obyektimi, 3,4 sot torpağı girov istədi. Fatma mənə dedi ki, mənə o məbləği verə bilər, amma aylıq 10 faizlə. Mənə vacib pul lazım idi, ona görə razılaşdım.
Onun sözlərinə görə, g13335178_1000601150006127_480441829_nuya bu pulu başqasından alacaqdı və 10 min məbləğin  4 faizini əvvəlcədən “şapka” kimi götürəcəkdi. O demişdi ki, borc notarial qaydada rəsmiləşməlidir və mən də razılaşdım. 2012-ci ilin 10 yanvar tarixində F.Yolçiyeva ilə Bakıdakı 9 saylı Notariat kontoruna getdik. Mən içəri girmədim.Fatma mənə imzalamaq üçün boş blanklar gətirdi və dedi ki, sən sadəcə imza at, hər şeyi özüm edəcəm”.
O, 8 ay ərzində hər ay 1000 manat olmaqla, Fatma Yolçiyevaya 8 min manat verdiyini deyib: “Fatma Yolçiyevanın mənə verdiyi 10 min manatdan 500 manatını dərhal məndən aldı. Fatma məndən hər ay 10 min manatın 10 faizi kimi 1000 manat pul tələb etdi.

Mən 8 ay içində ona 8 min manat verdim. Şahidlərim də var. Gördüm ki, ona 8 min manat pul vermişəm, hələ də 10 min manat qalıb, belə getsə, bu borc bitməyəcək. Fatmaya təklif etdim k13250497_993344894065086_660537489_n-2-1-1-1-1i, gəl sənin pulunu tam qaytaraq, obyekti girovdan çıxardaq. Lakin Fatma Yolçiyeva mənim obyektimi qaytarmaqdan imtina etdi.  Deyir ki, 55 min manat gətir, obyekti qaytarım. İndi mülkiyyətimi geri ala bilmirəm”.

Zeynalov Nadir Hüseyn oğlundan savayı, redaksiyamıza iş adamı Sudef Məcidov müraciət etdi. O da F.Yolçiyeva tərəfindən sələm qurbanına çevrildiyini və Hüseynbala Əliyev 15 ünvanındakı obyektinin “girov” adıyla mənimsənildiyini bildirib.

Sudef Məcidov redaksiyamıza Fatma Yolçiyeva ilə söhbətinin videosunu təqdim edib. Həmin videogörüntülərdə F.Yolçiyeva etiraf edir ki, həqiqətən də Sudef Məcidova sələmə pul verib, sonra obyekti öz adına keçirib. Həmçinin, Fatma YolçiyevIMG_1596-1a bu obyekti əlində saxlamaq üçün müxtəlif instansiyalara, o cümlədən Konstitusiya Məhkəməsi, Ali Məhkəməyə rüşvət verdiyini də videoda bildirir. Xatırladaq ki, bu günlərdə Sudef Məcidov yenidən Qafqaznews.az-a müraciət edərək, yeni videogörüntülər təqdim etmişdi.

Həmin videoda İradə Vəliyeva vasitəçilik etdiyini və bu sələmdən “komisyon haqqı” götürdüyünü etiraf edərək, F.Yolçiyevanın sələmə saldığı şəxslər içində sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərovun da adını çəkib. Fatma Yolçiyeva və İradə Vəliyevanın Sudef Məcidovla söhbətlərinin videolarını oxuculara təqdim etmişdik.

Hazırda Nadir Zeynalovun Fatma Yolçiyeva ilə söhbətini də oxuculara təqdim edirik ki, ictimaiyyət özü bu sələmçi şəbəkəsinin fəaliyyətinə qiymət versin.

F.Yolçiyeva həmin videogörüntülərdə etiraf edir ki, Nadir Zeynalova 7,5 faizlə 10 min manat sələmə pul verib.

Lakin Nadir Zeynalovun “Niyə obyektin alqı-satqı müqaviləsində 20 min manat yazdırmısan?” sualına Fatma Yolçiyeva aydın cavab verməkdən imtina edir. Beləliklə, məlum olur ki, F.Yolçiyeva sadəcə hər şeyi qanunauyğun göstərmək üçün, 110 min manatlıq obyekti və torpaq sahəsini 20 min manatlıq “alqı-satqı proseduru”  kimi rəsmiləşdirib. Xatırladaq ki, Nadir Zeynalov bizim redaksiyaya müraciət etdiyi zaman özü də “20 minlik alqı-satqı” söhbətindən xəbərsiz idi və yalnız sənədlərin surətini 9 saylı Notariat Kontorundan götürəndən sonra məlum olub ki, Fatma Yolçiyeva vətəndaşın məlumatsızlığından sui-istifadə edərək, şişirdilmiş rəqəmlə “alqı-satqı” həyata keçirib.

Bundan başqa, videoda Fatma Yolçiyeva açıq şəkildə bildirir ki, Nadir Zeynalov  10 min manat borcdan əlavə, 45 min manat da faiz verməlidir. Nadir Zeynalov bunun səbəbini soruşduqda isə, Fatma Yolçiyeva belə cavab verir: “Sən verdiyini çıx, faizləri hesabla da”. Nadir Zeynalov ona 8 min manat ödədiyini desə də, Fatma Yolçuyeva bunu publika.az1408375170ismayil omerovdanır və cəmi 3700 manat aldığını deyir. Lakin Fatma Yolçiyeva özü də vidoegörüntülərdə etiraf edir ki, N.Zeynalova 20 min manat verməyib.

“Mən sənə 20 min tam verəcəkdim, amma dedim Sudefin yanında verəcəm, amma vermədim… Nə gözəldir, get aylarla, illərlə görünmə… Sonra gəl denən ki, ay Fatma obyekti qaytar”.Beləliklə, bir sual yaranır: Hər şeyi “qanuni” kimi rəsmiləşdirən Fatma Yolçiyeva və havadarları müxtəlif maddələrlə cinayət məsuliyyətinə cəlb olunacaqlarını anlayırlarmı?

Nadir Zeynalov videoda bildirir ki, 25 min manat verməyə hazırdır.“10 min sənə borcum, 15 min də halal-xoşun. Amma borcu bağlayaq, obyekti qaytar özümə”, – deyə N.Zeynalov kompromis təklif edir. Fatma Zeynalova bundan imtina edir və faizləri də hesablamaqla, daha çox pul tələb edir. Nadir Zeynalov dəfələrlə Fatma Yolçiyevadan soruşur ki, sən hansı əsasla mənim obyektimə kupça alaraq öz adına keçirmisən? Lakin Fatma Yolçiyeva bildirir ki, “sən pulu vermədin, mən o obyekti 2013-cü ildə öz adıma keçirdim”.

IMG_1542-1-2-1Nadir Zeynalov sonda bir daha soruşur ki, axı mən sənə faizlərlə birlikdə nə qədər verməliyəm? Fatma Yolçiyeva bir daha 4 il 6 ay hesabı apararaq, ondan 55 min manat tələb edir. Nadir Zeyanlov soruşur: “55 mini verməsəm o obyekt batdı?”, Fatma Yolçiyeva isə sadəcə çiyinlərini çəkir.13348916_1000601160006126_1156832624_n

Görünür ki, vətəndaşların hansı məhrumiyyətlər bahasına pul tapıb gətirməsi Fatma Yolçiyevanı narahat eləmir. Əksinə, o, daha arxayın və daha laqeyd sima alır.

“Bəs mən sənə görə o boyda adamların şeyinin altında qalmışam”, – deyərək, kimlərsə tərəfindən təzyiqlərə məruz qaldığına işarə edir. Beləliklə, Fatma Yolçiyeva bir daha etiraf edir ki, bu məsələ o tək deyil və belə sələm oyunlarında müəyyən qrupların maraqlarından çıxış edir.

Ümid edirik ki, istər ictimaiyyət, istərsə də hüquq mühafizə orqanları bu faktlara biganə qalmayacaq. Və çox yaxın bir zamanda sözügedən məsələ öz hüquqi qiymətini tapacaq.

Sənan Məmmədli

Qafqaznews.az

IMG_1602 IMG_1605 IMG_1608

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR