Vətəni sevən qınaya bilməzmi?

13342415_242240552816012_1705340772_nBu gün müasir Azərbaycan ədəbiyyatında yeni isimlər az deyil. Hər biri özlüyündə yenilik etməyə çalışır. Köhnəliyi inadla savunanlar da var.

Amma bəzi insanlar da var ki, sadəcə müdafiəyə ehtiyacı olanları savunur və yenilik xətrinə yenilik, fərqlilik xətrinə fərqlilik etmir…

Bir çox gənc yazar mənimlə razılaşar ki (etiraf etməsə də), bu gün ölkəmizdə qrupçuluq, dəstəbazlıq istedadların üzə çıxmasına, gənclərin özünü ifadə edib tanınmasına mane olur.

Lakin son bir neçə ildə həm özü yetişən, həm də əlindən gəldiyi qədər başqalarının da yetişməsinə yardımçı olan insanlar da var. Az olsa da var.13336154_242241906149210_634133045_n

Bunlardan biri də həyatda çox az rastlaşdığım, ancaq metroda və tədbirlərdə üz-üzə gəldiyim Rüfət Əhmədzadədir. Bu günlərdə Rüfət 30 yaşına qədəm qoyacaq.

Ünsiyyətimiz az olsa da, iki kəlmədən hiss olunur ki, bizi oxuyur, izləyir və razı olub-olmadığı məqamları da qeyd edir.

Rüfət Əhmədzadə o adamdır ki, özündən sonra ədəbiyyata gələn heç bir gəncin qəlbini qırmadı. Əksinə onlarla mətbuat arasında sıx əlaqələr yaratdı. İlk dəfə Rüfət Əhmədzadə sayəsində yazılarım mediada yayımlandı. Təbii ki, Tural Sahabın, Habil Yaşarın da zəhmətlərini unutmamışam. O heç vaxt qeyri-səmimi olmadı. Heç vaxt milli maraqlarını qonorarlara, mükafatlara satmadı. Tam məsuliyyətimlə deyirəm ki, Müasir Azərbaycan ədəbiyyatında ən yaxşı mənsur şeirləri Rüfət Əhmədzadə yazır, bundan əlavə qeyri-adi dilə, maraqlı sujet xəttinə malik hekayələr yazıb və yazır. Eksperimentləri də az deyil, satira və ya lirikaya öyrəşən oxuculara ironik poeziyanı da xatırlatmağı bacarır.

“Sənin anan düz eləmədi, Cek” şeirini oxuyanda ilk əvvəl güldüm. Amma burda mədəniyyətlər arasındakı baxış fərqlərinin ortaya qoyulmasını gördüm – anladım ki, bu şeir “mırt” xatirinə yazılmayıb.

Ya da ki, “Marsa ilk ayaq basan azərbaycanlı” şeirindən son misralar:

Ay dünya, oy dünya, uy dünya…

Heç olmasa, ilk sevgi yaşadığım

Məktəbin həyətində heykəlimi qoy, dünya!

Bu misralar da “məzələnmək xatirinə” yazılmayıb. Fədakar bir azərbaycanlı üçün, ya da sadəcə dünya insanı üçün zirvə nədir? İlk sevgi yaşadığı, ilk şeirini yazdığı məktəbin qarşısında əbədiləşmək. Dünya səni unudur, daha ondan heç nə gözləyə bilməzsən. Amma son arzun var, heç olmasa, kiçik bir heykəlin, ucuzvari büstün…

“Sənə nə versəm çoxdur, Azərbaycan”, “Güllə kimi” şeirlərində də öyrəşdiyimiz patriotik şeirlərdən fərqli bir yanaşma var.

Vətənpərvər şair sevdiyi vətəni qınamaqdan da çəkinmir. Rüşvətxorluq, haqsızlıq içində boğulan bu vətənə (əslində cəmiyyətə) etiraz edir.

Əslində,13393429_242240519482682_1989781522_n Rüfət Əhmədzadə bu şeirlərlə deyir: “Mən sənə hər şeyimi verərəm, Vətən, amma nə qədər ki, sənin qanını soran parazitlər var, fədarkarlığımdan bir fayda olmaz”.

Müasir dövrdə məşhurlaşmaq çox asandır. Facebook da qısa zaman ərzində fenomen profillərə sahib adamlar tanıdıq. Amma Rüfət heç zaman ucuz məşhurlaşma yolunu seçmədi. Kütlənin maraqlarına xidmət edən yazılar yazdığım üçün həmişə tənqid etdi. Hərdən düşünürdüm ki, yazıçı mütləq eqolu olmalıdır. Narsizm yaradıcılıq üçün önəmlidir. Amma bir çox yazarların öz eqolarının altında necə əzildiyini, necə biabır olduğunu çox yaxşı gördüm. Bir daha əmin oldum ki, Rüfət Əhmədzadə haqlıdır.

Dəfələrlə görmüşəm ki, Rüfəti milliyətçi olduğuna görə tənqid edirlər. Dostoyevski milliyətçi deyildimi, əsərlərində rus şovinizmini dəstəkləmirdimi? Tolstoy milliyətçi deyildimi? “Hərb və Sülh” romanı, həmçinin məqalələri  bunu sübut etmirmi?

Hüqo fransız xalqını sevmirmi? Azərbaycan aydınları xalqı sevməkdən, millətin yanında olmaqdan qorxurlar. Əslində bunu “cool” görünmək üçün edirlər. Rüfət belə aydınlara nifrət edir. Onları ifşa edir.

Hərdən mənə elə gəlir ki, jurnalistika fəaliyyəti yazarı məhv edir. Amma düşünəndə ki, Markes kimi dahi yazar da jurnalist kimi çalışıb. Anlayırsan ki, bunlar bəhanədir. Rüfət maddi çətinliklərlə üzləşsə də bəhanələrə sığınmadı. Yazdı, yaratdı, mübarizə apardı.

Elə özü demişkən, bir ovucluq uğurunu da bölüşməyi bacardı.

Bugün Azərbaycanda ədəbiyyat adamları əsasən iki qrupa bölünüblər.

İstedadını müəyyən qruplarla mübarizəyə həsr edənlər və sadəcə yaradıcılıq prosesi ilə məşğul olanlar.

Rüfət Əhmədzadənin fikirlərində biz hər iki mövqeni görürük. Hərdən düşünürəm ki, Rüfət ö13336213_242240862815981_1090349812_nz enerjisini bir neçə yerə bölür. Bu səbəb onun son zamanlar daha az yazmasına səbəb olur. Bütün çətinliklərə baxmayaraq Rüfət mübarizə aparır. Tezliklə 30 yaşı tamam olacaq. Bu 30 ildə az iş görməyib. Bundan sonra daha böyük işlər görəcək, daha böyük uğurlar qazanacaq.

Rüfətin bir sözü var. Azərbaycanlı iş adamları bu xalqın istedadlarına sahib çıxsalar Azərbaycan çox böyük uğurlar əldə edər. Laqeydlik, biri-birimizə qarşı biganə münasibətimiz bizi məhv edir, bizi inkişafdan saxlayır.

Rüfət Əhmədzadə iş adamı deyil, amma işgüzar bir yazar kimi, həmişə gənclərə dəstək oldu. İşlədiyi hər saytda, əli çatan hər yerdə gənc yazarların dərc olunmasına yardım etdi, özü üçün yox, başqaları üçün xahiş etməyi ilə yadda qaldı.

Bu dəstəyi unutmaq olmaz. Bu gün Rüfətdən daha məşhur olanlar var. Onlar özlərindən başqa heç kim üçün çalışmayıblar. Öz eqolarından başqa heç nə haqqında düşünməyiblər.

30 yaşın mübarək, gözəl insan, dəyərli vətəndaş. Gözəl günlər görəcəyik.

Nicat Həşimzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR