Vahid Ələkbərov yenidən prezident seçildi

445883Vahid Ələkbərov yenidən “Lukoil” şirkətinin prezidenti vəzifəsinə seçilib.

Qafqaznews.az APA-ya istinadən bildirir ki, “Lukoil”in səhmdarları illik toplantıda V.Ələkbərovun növbəti 5 il üçün şirkətin prezidenti vəzifəsinə seçilməsi haqqında qərar qəbul ediblər.

Qeyd edək ki, V.Ələkbərov 1950-ci ildə Bakıda doğulub. Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1993-cü ildən “Lukoil”a rəhbərlik edir. O, şirkətin səhmlərinin 22,96%-ə sahibdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR