Vergi cərimələrinin 50 faizi nazirlikdə qalacaq

148358_res_01Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlənib.

AzərTAc-ın məlumatına görə, qanuna edilən dəyişikliyə görə, vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR