“Walt Disney” şirkəti filmlərini Çində çəkəcək

5b43d0d6-da7c-417c-8c4f-6cf644677b0d_292“Walt Disney” şirkəti öz filmlərinin istehsalını Çində başlamağa hazırlaşır

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Robert Ayqer bildirib.

Onun sözlərinə görə, ilk film bir il ərzində istehsalata veriləcək. Robert Ayqer hesab edir ki, Çin yaxında dünyada ən böyük kino sənayesi bazarına çevriləcək.

Hazırda “Walt Disney”in 5 kinostudiyasından yalnız biri ABŞ-ın xaricində yerləşir. Bu, 2008-ci ildə Parisdə açılan “Disney Nature” kinostudiyasıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR