Xaricdə təhsil ordudan yayınmağa kömək edəcək

8939Azərbaycanda və xarici ölkələrdə təhsil alan, Azərbaycan vətəndaşı olan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək. Bu məsələ Milli Məclisin növbədənkənar plenar iclasında qəbul olunan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. İndiyə qədər Azərbaycanda ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək, xarici ölkələrin siyahısı Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilib. Dəyişikliyə əsasən bundan sonra Azərbaycanda əyani təhsilalma formasında magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində də təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək (apa). Təhsil üzrə ekspert Ərəstun Baxşəliyev bildirib ki, bundan əvvəl tələbələrin bir qismi dövlət hesabına xaricdə təhsil alırdı.

“Bu gün bu praktika yoxdur. Hazırda tələbələr xaricdə öz hesabına təhsil alır. Xaricdə isə yalnız varlılar öz hesabına təhsil ala bilir.

Bu, o deməkdir ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklər  əhalinin daha yaxşı təmin olunmuş kəsiminin  müdafiəsinə yönəlib”, – deyə Ə.Baxşəliyev Kavkaznews.az-a bildirib. O əlavə etdi ki, bu gün xaricdə təhsil alanların çoxu bir qayda olaraq vətənə qayıtmır.

Mahmud Suanlı

Kavkaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR