Yaponiyada “pişikli” yemişlər yetişdirilir – FOTOLAR

928630_479870 (1)Yaponların ərzaqların idel forması üçün özlərinəməxsus yanaşması var. Belə ki, ideal formada olan bir salxım üzüm və ya 1 almaya ağlagəlməz qədər pul ödəyə bilərlər.
FaktXəbər-in verdiyi məlumata görə, Furano  regionunda nəinki ideal formada, hətta üzərində məşhur pişik balası Hello Kitty-ın şəkli olan yemişlər yetişdirilir.
Yığımdan bir ay əvvəl hər bir yemişin üzərinə xətlər çəkilir, məhsul yetişdikdə isə onun üzərində şəkil əmələ gəlir.
Satış üçün ən uğurlu yemişlər seçilir – üzərində şəkil dəqiq görülməli, ideal dairəvi formada və 1,8 kq çəkidə olmalıdır.
Belə bir yemişin qiyməti 5500 iyendir, bu da təqribən 52 dollar edir.
Cəmi 300 ədəd olan belə yemişlər ancaq əvvəlcədən sifarişlə satılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR