Yasamalın icra başçısı DYP-dən güclü çıxdı?

Безымянный copyİbrahim Mehdiyev “fi-fa” siqnalı üçün icazəni DİN-in hansı “naməlum” idarəsindən alıb?

Bəzi məmurların öz səlahiyyətlərindən istifadə edərək, lüks həyat sürməsi barədə Legion.az-da çox yazılıb. Lüks həyat tərzi bir yana, bir sıra məmurların özlərini ayrı “kasta” kimi aparması cəmiyyətdə heç də xoş qarşılanmır. Bu günlərdə Xətai rayonu Süleyman Vəzirov 11 ünvanında yaşayan sakinlərdən Legion.az-a şikayət daxil oldu. Belə ki, həmin ərazidə yaşayan Yasamal RİH başçısı İbrahim Mehdiyevi gəzdirən “90-AA-821” dövlət nişanlı avtomobil özünün əcaib səsli siqnalı ilə ətrafdakıları narahat edir.  “Fi-fa” deyilən bu siqnalın ölkədə qadağan olunduğunu bildiyimizə görə, ilk başdan inanmaq istəmədik. Lakin redaksiyamıza bunu sübut edən videoyazı təqdim olunub və tezliklə ictimaiyyətə yayımlamağa hazırıq. Beləliklə, Legion.az bu faktla bağlı araşdırma apararaq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovla əlaqə saxladı.600@0V.Əsədov Legion.az-a bildirdi ki, “Yol hərəkəti haqqında” Qanuna görə, çoxavazlı və yüksək səsli siqnallardan istifadə qadağandır. İstisnalar olub-olmadığını soruşduqda, V.Əsədov sualımıza sualla cavab verdi: “Əlinizdə nəsə fakt var?”

Biz təkrarladıq ki, sadəcə istisna-olub olmadığını, icra başçılarına da hansısa istisnanın şamil edilib-edilmədiyini bilmək istəyirik. V.Əsədov isə bildirdi ki, istisna xüsusi təyinatlı qurumların avtomobilləri üçün ola bilər: “Mən belə başa düşdüm ki, sizin əlinizdə fakt var.

Qanunvericilikdə söhbət sirendən gedir. Özünüz İnzibati Xətalar Məcəlləsinə nəzər salın, görəcəksiniz kimlərə olar, kimlərə olmaz. Mən sizə başqa heç nə deyə bilmərəm. Sizin yazılarınız cəmiyyətdə rezonansa səbəb olur… Xahiş edirəm, gəlin sizinlə dost olaq”.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də bildirdi ki, sözügedən siqnalda istifadə qadağandır. Onun sözlərinə görə, operativ xidmət avtomobillərində, eləcə də ali dövlət qurumlarının avtomobillərində müvafiq icazə əsasında yüksək səsli siqnallar qoyula bilər”. O qeyd etdi ki, adətən başqa qanun pozuntusu halları zamanı, çoxavazlı siqnallar aşkarlandıqda avtompublika.az13968802402e6003fdc2553776c02bf36e516ee678obil cərimə meydançasına aparılır, sonradan məhkəmə qaydasında siqnal müsadirə olunur, avtomobilin sahibi də cərimə edilir.

Biz konkret olaraq İbrahim Mehdiyevin adını çəkərək, Kamran Əliyevdən bu şəxsə icazənin olub-olmadığını öyrənib bizə bildirməyi xahiş etdik. “Mən sizə bu barədə heç nə deyə bilmərəm. Bizdə elə məlumat olmur. Siz DİN-dən soruşun. Onlar da sizə deməzlər. Ancaq deyə bilərlər ki, icazə hansı nəqliyyat vasitələrinə verilir”, – deyə Kamran Əliyev bildirdi.

“DİN-də hansı qurum baxır bu işə? Baş DYPİ-nin səlahiyyətlərinə daxil deyil?” – deyə soruşduq. “Hansı idarə baxır, deyə bilmərəm. Onlar müraciət edir DİN-ə, müraciətə baxıldıqdan sonra hansı idarəyə lazımdırsa, ora da göndərilir. Siz DİN-ə zəng edib dəqiqləşdirin”, – deyə DYP rəsmisi cavab verdi.
Biz bu absurd vəziyyətdən çıxış yolu axtararaq, DİN-in “naməlum idarə”sinin adını öyrənmək və başqa suallarımıza da cavab almaq üçün DİN İctimaiyyətlə Əlaqələr Şöbəsi Mətbuat Xidmətinin rəhbəri Orxan Mansurzadə ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, O.Mansurzadə bizim zənglərimizə cavab vermədi.

Araz Məmmədov

Legion.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR