Yeni rəis Penitensiar Xidmətin kollektivinə təqdim olunub

20160611-150740linkƏdliyyə Nazirliyi Penitensiar Xidmətin yeni rəisi Ceyhun Həsənov bu gün kollektivə təqdim olunub

APA-nın məlumatına görə, yeni rəisi kollektivə ədliyyə naziri Fikrət Məmmədov təqdim edib.Qeyd edək ki, C. Həsənov prezident İlham Əliyevin iyunun 10-da imzaladığı sərəncamla ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi təyin olunub.C.Həsənov buna qədər Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olub.Penitensiar xidmətin rəisi Mədət Quliyev 2015-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinə rəisi təyin edildikdən sonra Penitensiar Xidmətin rəisi vəzifəsi vakant qalırdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR