Yolda qalan sərnişinlər polisin üstünə gəldilər (VİDEO )

ysEL TV (Region TV) xəbər verir ki, Mingəçevirdə sürüclərə qarşı reyd təşkil olunub. 

Mingəçevir şəhər Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını, eləcə də qanundan irəli gələn digər tələbləri pozan sürücülərə qarşı reyd keçirdilər. Həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundan kənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan avtomaşını idarə edən sürücülər saxlanıldı. Alkoqollu içki qəbul edərək sükan arxasında əyləşən sürücülər barəsində də müvafiq tədbirlər görüldü. 

Həmçinin sərnişindaşıma zamanı avtobusa nəzərdə tutulduğundan artıq sərnişin mindirən sürücülərə qarşıda cərimələr tətbiq olundu. Reyd zamanı avtobusda gözləməli olan sərnişinlərin narazılığı da özünü büruzə verib. 

Ümumilikdə 51 sürücü barəsində protokollar tətrib edildi. 6 nəfərinin avtomobili cərimə meydançasına aparıldı. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, reydlər bir neçə gün davam edəcək. Bu cür reydlərin həftənin şənbə və bazar günləri digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR