“YouTube” və “Facebook”da BÖYÜK TƏMİZLİK

youtube_237875756Dünyaca böyük videohostiq “YouTube” və “Facebook” sosial şəbəkəsi ekstremist xarakterli videoları avtomatik olaraq əngəlləməyə başlayıb.

Qafqaznews.az “Report”a istinadən bildirir ki, bu barədə mənbələrinə istinadən “Reuters” məlumat yayıb.
Agentlik qeyd edir ki, avtomatik sistem İŞİD terrorçularının yüklədikləri təbliğat xarakterli videoları və ya digər oxşar materialları tez bir zamanda silməyə imkan verir.
Bu texnologiya müəllif hüquqları ilə qorunan materialın axtarışı və silinməsi üçün işlənib hazırlanıb. Sistem faylın “heş”ini (faylın adına bağlı olmayan unikal rəqəmsal fərqləndirici) axtarır və bu, internet şirkətə müvafiq “heş” ilə olan materialın bütün məzmununu avtomatik olaraq silməyə imkan verir.
Agentliyin məlumatına görə, istehsalçılar avtomatik əngəlləmə sistemini ötən həftə təqdim ediblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR