Zərərçəkmişlər onlara 265 min manat “atan” Zöhrab Əliyevi axtarır – FOTO, VİDEO

Bezy-myanny-j-copy-6Vətəndaşların 265 min manat pulunu mənimsəyən və uzun müddətdir müxtəlif bəhanələrlə qaytarmayan Zöhrab Zülfi oğlu Əliyev yenidən gündəmə gəlib. Z.Əliyevin işi Sabunçu rayon İcra Şöbəsindən Ədliyyə Nazirliyi Baş İstintaq idarəsinə göndərildikdən sonra, o, zərərçəkmişlərə qısa müddətdə bu pulu qaytaracağına söz vermişdi. Z.Əliyev zərərçəkmişləri inandırmışdı ki, mətbuatda gedən yazılar dayandırılsa, qısa müdətdə “məsələni həll edəcək”.

Lakin silsilə yazılar dayandırıldıqdan sonra, Z.Əliyev yenidən “qeybə çəkildi”. Nə Ədliyyə Nazirliyi, nə də hüquq mühafizə orqanları tərəfindən heç bir təzyiqə məruz qalmadığını görən Zöhrab Əliyev müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışaraq, zərərçəkmişlərin pulunu ödəməkdən boyun qaçırır. Xatırladaq ki, Zöhrab Əliyev bir neçə ay əvvəl Qafqaz Xəbər Agentliyinin redaksiyasında etiraf etmişdi ki, icra məmuru Hakim Mirzəyevə rüşvət verməklə vaxt qazanıb və indi də 70 min manat verməklə, ona məsuliyyətdən qaçmağa yardım edəcəklər. Belə anlaşılır ki, Zöhrab Əliyev ən pis halda şərti iş almaqla,265 min manatlıq məsələdən “canını qurtaracağı”nı düşünür…

12822069_1686010824992121_1492323146_n-1Qafqaznews.az araşdırmalar zamanı bir sıra maraqlı məlumatlar da əldə edib. Məsələn. Zöhrab Əliyevin “Azəryolservis”dəki qaranlıq işləri barədə yaxın günlərdə ətraflı məlumat veriləcək. Ötən il dekabr ayında və bu ilin yanvar ayında Qafqaznews.az saytında 265 min manatlıq borc məsələsi haqda yazılar dərc olunmuşdu. Bildirilirdi ki, zərərçəkmiş Ələkbərova Səbinə Elçin qızı adlı vətəndaş Əliyev Zöhrab Zülfi oğlu tərəfindən aldadılıb və onun 265 min manat məbləğində pulu mənimsənilib. Bu hadisə ilə bağlı zərərçəkmiş Sabunçu rayon məhkəməsinə müraciət edib, məhkəmə isə 265 min manat məbləğində pulunun Əliyev Zöhrab Zülfi oğlundan alınıb ona ödənilməsi barədə qərar çıxarıb . Ancaq buna baxmayaraq, məhkəmə qərarının icrası uzun müddətdir Sabunçu rayon icra şöbəsinin məmuru Hakim Mirzəyev tərəfindən uzadılır. Belə ki, cavabdeh Əliyev Zöhrab Zülfi oğlundan 265 min manat məbləğində pulun alınıb zərərçəkmişə ödənilməsi haqda məhkəmə qərarının icrası heç cür təmin olunmur.

“İcra haqqında” Azərbaycan Respublikasının qanununun müvafiq maddələrinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tələblərinin tədbiqinə əsas verir. Qafqaznews.az olaraq araşdırmalar apardıq və məlum oldu ki, Z.Əliyev hələ də müxtəlif işlər görməklə, Azərbaycanda fəaliyyət göstərir və bütün ticarət işlərində özünün yox, başqalarının adından istifadə edir. Qeyd edək ki, hazırda Z.Əliyevin işi Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsindədir. Ədliyyə Nazirliyi Baş İstintaq İdarəsinin müstənqi Ramin Qəhrəmanovun sözlərinə görə, cinayət tərkibi müəyyən olunmadığı halda Z.Əliyevin işi bir müddət Ədliyyə Nazirliyində araşdırıldıqdan sonra, Sabunçu rayon İcra Şöbəsinə, icraçı Hakim Mirzəyevə qaytarıla bilər.12788182_1686015794991624_562004985_n-1

Beləliklə, sual yaranır: Araşdırılmanın obyektiv gedəcəyinə, yaxud da cinayət tərkibi “aşkarlanmadıqda” bu məsələnin Sabunçu Rayon İcra Şöbəsində daha iki il və hətta daha çox uzadılmayacağına kim zəmanət verir? Əslində heç kim… Pulu mənimsənilən vətəndaşlara sadəcə dövlətinə inanmaq və ümid etmək qalır. Z.Əliyevə gəldikdə isə, iki il ərzində müxtəlif bəhanələr və hətta rüşvət yolu ilə borclulardan qaçdığını, vaxt qazandığını özü də etiraf edib. Bir müddət əvvəl bu istiqamətdə araşdırmaya başlamış, Z.Əliyev tərəfindən bu məsələnin yubadılması üçün H.Mirzəyevə 17 min manat verilməsi barədə məlumat əldə etmişdik.

Həmçinin, martın 27-də dərc olunan “Gömrük polkovniki ilə fırıldaqçını birləşdirən nədir?” başlıqlı məqalədə də qeyd olunmuşdu ki, redaksiyaya Zöhrab Əliyevin Gömrük Komitəsinin polkovniki Miryunis İsayevin yaxın qohum olduğu barədə məlumat daxil olub. M.İsayevin isə öz qohumunu “xilas” edəcəyi ehtimalı da oxucuların diqqətinə çatdırılmışdı. Bu il fevral ayında Z.Əliyev özü bizim redaksiyamıza gəlib və söhbət zamanı əslində özünün də aldadıldığını bildirib. Onun sözlərinə görə, mətbuata bu cür məlumatların sızmasından sonra, vəkili Fəzail İsmayılov və icraçı H.Mirzəyev ona təzyiqlər göstərməyə başlayıblar.12822069_1687641194829084_1339275415_n-1

“Mən etiraz eləmirəm, zərərçəkmiş məsələni mətbuata çıxarıb – özüm demişəm necə bilirsən elə et… amma adım dələduz kimi hallanır, bu, mənə pis təsir edir. Mən inkar eləmirəm, borcluyam və borcumu verib qurtarmaq istəyirəm. 57 min manat ödəmişəm və qalan 208 mini də bir müddət ərzində ödəyib bitirmək, borcumu bağlamaq istəyirəm. Amma mənə vaxt qazanmaq lazım idi… Fəzail mənə dedi ki, belə bir variant var, bu məsələni uzadacağıq. Bu müddətdə 45 min manata yaxın pulum çıxıb, mən vəkilə vermişəm, o da icraçıya. İndi də deyir ki, iş istintaqa gedir, 70 min manat gətirməlisən”, – deyə Z.Əliyev qeyd edib.

Z.Əliyev bildirib ki, H.Mirzəyev və F.İsmayılov onu indandırmağa çalışıblar ki, əgər 70 min manat versə, bundan sonra onun barəsində materialların Ədliyyə Nazirliyinin İstintaq idarəsinə gedəcəyi halda belə, ona ən pis halda şərti iş veriləcək. Fevralın 16-da Qafqaznews.az-ın redaksiyasında borc sahibləri ilə anlaşdığını və bir həftəyə borcu bağlayacağını deyən Zöhrab Əliyevin sözlərindən bəzi çıxarışlar diqqəti çəkir: “Məndə olan fakt artıq özü cinayətdir. Kimə nə vermişəm, nə qədər vermişəm”… “Mənə lazım olan vaxt qazanmaq idi. Onlar mənə təklif edirdilər ki (vəkil və icraçı – red.), pulu bizimlə bölüş. Mən də “hə” deyib vaxt udurdum ki, borc sahibi ilə razılaşım. Onlara da “qarşı tərəflə razılaşmışam” deyəndən sonra, qılınc-qalxan çıxarıb üstümə hücum çəkiblər”… “57 mini əmlak vasitəsi ilə qaytarmışam, indi adıma torpaq var, onun sənədləri yaxında hazır olacaq, borcumu qaytaracam. Mənim adıma pişik də yoxdur. Torpaqların çoxu dostlarımın adınadır”… “Mən sağam, bu gün də imtina eləmirəm. Borcumu verməyə hazıram”… “İcraçı ilə danışıqları vəkil aparıb. Dövlətə yox, “Çerez-çerez” vermişəm, siz özünüz bilirsiniz də kimlərə gedir”… “Mən 70 min versəm, mənə 1 il 6 ay şərti iş verirlər… Amma mənə “dələduz” damğası qoyulur. Bu mənə lazım deyil”…

Onun bu etiraflarını əks etdirən videogörüntüləri oxuculara və məsələnin daha obyektiv araşdırılması məqsədi ilə aidiyyatı olan qurumların diqqətinə təqdim edirik:

Tamerlan Zeynallı

Qafqaznews.az

Mövzu ilə bağlı linklər:
http://qafqaznews.az/2016/04/dliyy-nazirliyinin-m-muruna-rusv-t-verdiyini-dey-n-s-xsin-isi-obyektiv-arasdirilacaqmi-video-fotolar/

http://qafqaznews.az/2016/03/gomruk-polkovnikini-firildaqci-il-birl-sdir-n-n-dir/
http://qafqaznews.az/2016/03/dliyy-nazirliyinin-icracisi-70-min-manata-problem-h-ll-edir-etiraf/
http://qafqaznews.az/2016/04/dliyy-nazirliyi-m-kdaslarinin-t-r-t-miz-olduguna-mindir/
http://qafqaznews.az/2016/01/o-puldan-general-xanlar-zeynalova-n-q-d-r-catdi/
http://qafqaznews.az/2015/12/95936/
http://qafqaznews.az/2016/01/xanlar-zeynalov-jurnalistd-n-qisas-alir/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR