Qafqaz Xəbər Agentliyinin kollektivi Milli Mətbuat Gününü qeyd etdi-FOTOLAR

Qafqaz1Bu gün Qafqaz Xəbər Agentliyinin tərkibində olan Qafqaznews.az, Legion.azKavkaznews.az saytlarının əməkdaşları Milli Mətbuatın yaranmasının 141-ci ildönümünü agentliyin ofisində qeyd etdi.

Qafqaz Xəbər Agentliyinin baş direktoru Mahmud Rasim oğlu Tağıyev jurnalistləri 22 İyul – Milli Mətbuat Günü ilə təbrik edərək, onlara vətəndaşların sosial problemlərinin həlli naminə apardıqları mübarizədə, həyat və yaradıcılıq fəaliyyətində uğurlar arzuladı. O, bu gün ölkə rəhbərliyi tərəfindən Milli Mətbuatın inkişafına xüsusi diqqət yetirildiyini vurğulayaraq, Qafqaz Xəbər Agentliyinin əməkdaşlarını daim milli dövlətçilik prinsiplərinə sadiq qalmağa çağırdı. Daha sonra baş direktor tərəfindən Qafqaz Xəbər Agentliyinin əməkdaşlarına hədiyyələr təqdim olundu.

Qafqaz Xəbər Agentliyinin kollektivi olaraq, digər KİV-lərdə çalışan həmkarlarımızı səmimi qəlbdən təbrik edirik.

Qafqaz Xəbər Agentliyi

IMG_1924 IMG_1919 IMG_1912 IMG_1905 IMG_1898 IMG_1888 IMG_1884IMG_1956

IMG_1934IMG_1958

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR