117 yaşlı meksikalı qadın doğum haqqında şəhadətnamə aldıqdan sonra öldü – FOTO

Wx600_400267O, ürək tutmasından dünyasını dəyişib.

Meksikada 117 yaşlı qadın doğum haqqında şəhadətnamə aldıqdan bir neçə saat sonra dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Trinidad Alvares Lira bu sənədin yolunu uzun illər gözləyib. Belə ki, doğum haqqında şəhadətnamə ona dövlət imtiyazlarından istifadəetmə hüququ verəcəkdi.

İyunun 30-da Mexikonun Sosial İnkişaf Departamenti 1898-ci ildə anadan olmuş qadının, nəhayət ki, doğum haqqında şəhadətnamə alacağına dair məlumat yayıb.

Amma şəhadətnaməni aldıqdan bir neçə saat sonra ürək tutmasından dünyasını dəyişib.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR