500 kq çəkini qaldırdı: Şvartseneger də izlədi – VİDEO

3627756f00000578-3684153-image-a-3_1468224358186ABŞ-da keçirilən və “ölüm yarışı” adı verilən ağırlıqqaldırma üzrə yarışda yeni rekord qeydə alınıb.

Milli.Az komanda.az-a istinadən bildirir ki, Eddi Hall adlı ingilis atlet 500 kq çəkini bir həmlədə qaldırıb. Bu isə yeni dünya rekordu deməkdi.

27 yaşlı Eddinin bu uğurunu izləyənlər arasında məşhur aktyor Arnold Şvartseneger də olub.

Eddi Hall üst-üstə 4 dəfə İngiltərənin ən güclü adamı seçilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR