Ali Radanın qarşısında deputat çimərliyi təşkil edildi

Wx600_200588“Əvvəlcə islahat, sonra tətil”.

Ukraynada ictimai fəallar Ali Radanın binası qarşısında deputatları tətilə çıxmamağa çağırışı ilə aksiya keçiriblər.

Oxu.Az “İnterfaks-Ukraina”ya istinadən xəbər verir ki, etiraz aksiyasının iştirakçıları parlamentarilər üçün şezlonq, çətir və hovuzlu iprovizasiya edilmiş çimərlik quraşdırıblar ki, onlar iclaslardan yayınmadan istirahət edə bilsinlər.

Aksiya iştirakçılarının əllərində “Sabit işlə – sakit dincəl”, “Əvvəlcə islahat, sonra tətil” yazılan plakatlar olub.

Etiraz aksiyasının iştiriakçıları bəyan ediblər ki, Radada iqtisadi blokun, arasında “tarif tənzimləyicisinin işinin şəffaflığı haqqında”, “Elektrik enerjisi bazarı haqqında”, “Korrupsiya əleyhinə Milli büronun dinlənilməsi hüququ haqqında” qanun layihələrinin olduğu 56 normativ akt nəzərdən keçirilməyə hazırdır.

İyulun 11-də Radanın spikeri Andrey Parubi parlamentin işinin sentyabra qədər fasiləsiz davam etdirilməsinə dair təklif irəli sürüb, amma “Ukrainskie novosti” agentliyinin məlumatına görə, deputatlar onu dəstəkləməyib.

Yaxın günlərdə bu məsələnin səsverməyə çıxarılacağı gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR