Almaniyada partlayış: Çoxlu sayda ölən var – FOTO + VİDEO

2dbabb2b3d720a117e087490515691e7Partlayıcı qurğunu işə salan şəxsin kimliyi müəyyən edildi.

Partlayışda 27 yaşlı Suriya vətəndaşı şübhəli bilinir, hadisə zamanı onun özü də ölüb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Bavariyanın daxili işlər naziri İoahim Herrmann bildirib.

DİN rəhbərinin sözlərinə görə, o, Almaniyaya iki il öncə gəlib, bir il əvvəl suriyalının qaçqın statusu verilmə xahişi rədd edilib.

Həmçinin qeyd edilir ki, polisin məlumatına görə, ölən suriyalı iki dəfə intihara cəhd edib.

09:50

Partlayış bazar günü axşam saatlarında Almaniyanın Ansbax şəhərində restoranın qarşısında baş verib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, partlayış nəticəsində 14 nəfər ölüb, xəsarət alanlardan üç nəfər ağır vəziyyətdədir.

Şəhər meri Karda Zaydelin sözlərinə görə, hadisəyə səbəb partlaycı qurğu olub.

“Qaz partlayışından söhbət getmir, səbəb partlayıcı qurğudur”, – Zaydelin sözlərini “Bild” sitat gətirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR