Angela Merkel Qırğızıstana rəsmi səfər edib

cd80b4527896ebfe318a1c1fb09181bbAlmaniyanın kansleri Angela Merkel Qırğızıstana rəsmi səfər edib

APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti xəbər verib.

“Manas” hava limanında Almaniya liderini Qırğızıstan prezidenti Almazbek Atambayev qarşılayıb.

İki ölkə liderlərinin  görüşündə  Qırğızıstan və Almaniya arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR